Obama polis tərəfindən saxlanılan şagirdə müraciət etdi - FOTO
17.09.2015 03:12 Maraqlı 2132
ABŞ-ın Texas ştatında evdə hazırladığı saatı müəllimlərinə göstərmək üçün məktəbə aparan 14 yaşlı Əhməd Məhəmmədin bomba gəzdirdiyi şübhəsi ilə polis tərəfindən saxlanılıb.
Atası Əhmədin müsəlman olduğu üçün bu hadisənin baş verdiyini iddia edib.
Məsələdən xəbər tutan ABŞ prezidenti Barak Obama baş verən hadisə ilə bağlı twitter sosial şəbəkəsində Əhmədə dəstək olub.
O, öz twitter hesabından “Qəşəng saatdır, Əhməd. Onu Ağ Evə gətirmək istəyərsən? Biz sənin kimi bir çox uşağı elmə həvəsləndirməliyik. Amerikanı böyük edən budur” sözlərini yazıb.
Həmin mesajı sizə təqdim edirik:
Şərhlər