Baş nazirin edamından 54 il ötür

17.09.2015 07:13     Maraqlı     2205

Bu gün Türkiyədə ilk hərbi dövlət çevrilişində həbs olunan baş nazir Adnan Menderesin edamından 54 il ötür. 

Qeyd edək ki, 1950-ci ildə hakimiyyətə gələn Demokrat Partiyanın (DP) ölkəni təzyiq rejimi və qardaş qırğınına apardığını iddia edən Türk Silahlı Qüvvələrindən (TSK) bir qrup zabit 27 may 1960-cı ildə hakimiyyəti ələ keçirir. 37 zabitdən ibarət Milli Birlik Komitəsi konstitusiya və parlamenti buraxdı, ölkədəki bütün siyasi fəaliyyətləri dayandırdı və prezident Cəlal Bayar, baş nazir Adnan Mendereslə birlikdə bir çox siyasətçini və DP üzvünü həbs etdilər. 

Dövlət çevrilişindən 15 ay sonra, 17 sentyabr 1961-ci ildə baş nazir Adnan Menderes, xarici işlər naziri Fatih Rüşdü Zorlu və maliyyə naziri Həsən Polatkan Yassıadada qurulan hərbi məhkəmədə mühakimə edildikdən sonra asılaraq edam ediliblər. 

Qeyd edək ki, hərbi dövlət çevrilişinə dair bəyanatı radioda, o dövrdə TSK-nın zabiti olan Milliyətçi Hərəkat Partiyasının (MHP) mərhum lideri Alparslan Türkeş səsləndirib.

Şərhlər

Çox oxunanlar