“7 sülaləsinə yetəcək qədər pulu var” - Arda Turan sevgilisini müdafiə etdi
17.09.2015 11:41 Maraqlı 2337
Aslıhan Doğanın çanta qeybətlərinə Arda Turandan cavab gəlib.
Reaksiya.az xəbər verir ki, gənc futbolçunun İspaniyanın Barselona şəhərində nağd pul sarıdan korluq çəkməməsi üçün sevgilisinə bank kartını verdiyi, alış-verişə çıxan Aslıhanın “Hermes”dən 20 min avroluq çanta aldığı irəli sürülmüşdü.
"Deməsəm olmaz" proqramında Turanın göndərdiyi cib telefonu mesajı araşdırılıb.
Arda Turan olayla bağlı bunları deyib: "Aslıhan Doğan pulu olan bir qadındır. Yayılan informasiya həqiqətdən uzaqdır, çünki onun yeddi sülaləsinə yetəcək qədər pulu var”.
Bəhs edilən markada bənzər model çantaların qiyməti 5-8 min dollar arasında dəyişir.
Şərhlər