14 yaşlı oğlan saat kəşf etdi - Həbs olundu
17.09.2015 14:58 Maraqlı 3027
ABŞ-da 14 yaşlı Əhməd Məhəmməd yeni kəşfinə görə həbs edilib.
Reaksiya.az xəbər verir ki, müəllimlər onun hazırladığı və çantanın içinə qoyduğu rəqəmsal saatı bomba hesab edib.
Məhəmmədi əllərinə qandal taxaraq əvvəl sinifdə sorğuya çəkiblər, sonra isə polis bölməsinə aparıblar.
Əhmədin atası bildirib ki, oğlunun soyadının Məhəmməd olması səbəbindən pis rəftara məruz qalıb. Bu sözlərdən sonra ölkədə İslamofobiyanın olması gündəmə gəlib.
ABŞ prezident Barak Obama başda olmaqla, 2016-cı ildəki prezident seçkilərində Demokrat Partiyasının namizədlərindən Hillari Klinton, NASA, Google, Facebook və Massachust Institute of Technology (MIT) rəsmiləri sosial media üzərindən Əhmədə dəstək mesajları göndərib.
Qeyd edək ki, Əhməd sonradan sərbəst buraxılıb.
Şərhlər