Gələn il ekranı bükülən smartfon satışa çıxacaq

18.09.2015 02:42     Maraqlı     2117

“Samsung” şirkəti yanvar ayında büküləbilən ekrana sahib yeni telefon istehsal etməyi planlaşdırır.

Reaksiya.az report-a istinadən xəbər verir ki, şirkət nümayəndəsi açıqlamasında smartfonun hazırda sınaq dövründə olduğunu bildirib. Şirkət müxtəif prossesorlarla iki müxtəlif modeli sınaqdan keçirir. Bunlar Snapdragon 620, Snapdragon 820 modelləridir.

Növbəti ilin yanvarında təqdim ediləcək telefon texniki cəhətdən 3 GB operativ yaddaşa, microSD kart və dəyişdirilməyən batereyaya sahib olacaq.

Şərhlər

Çox oxunanlar