Rza Zərrab məhkəməni uddu - VİDEO
18.09.2015 09:37 Maraqlı 2684
Azərbaycanlı iş adamı Rza Zərrabın CHP sədri Kamal Kılıçdaroğluya qarşı açdığı təzminat davasında qərar açıqlanıb.
Reaksiya.az xəbər verir ki, məhkəmə Kılıçdaroğlunun 5 min TL təzminat ödəməsinə hökm verib.
CHP lideri Kamal Kılıçdaroğlu 22 aprel 2014-cü il tarixli partiyanın qrup toplantısında Rza Zərrab üçün "Bir saxtakarın arxasında Türk bayrağı qoyularaq onu məşhur etmək əsla mümkün deyil" sözlərini demişdi.
Bu səbəbdən də Rza Zərrab Kamal Kılıçdaroğlu haqqında 100 min TL mənəvi təzminat davası açmışdı.
İstanbul 24-cü Asliye Hüquq Məhkəməsində tərəfləri onların vəkilləri təmsil edib.
Məhkəmənin qərarına görə Kılıçdaroğlu bu təzminatı 22 aprel 2015-ci il tarixindən etibarən qanuni faizlə birlikdə Zərraba ödəyəcək.
Şərhlər