Sovetdən qalma dayanacaqlar - Kanadalı fotoqrafın araşdırması - VİDEO

18.09.2015 17:20     Maraqlı     2791

Kanadalı fotoqraf Kristofer Hervig 30 min kilometr yol qət edərək Sovetlər İttifaqı vaxtından qalma maraqlı dayanacaqların şəklini çəkib.

Reaksiya.az xəbər verir ki, fotoqraf  uzun səfəri zamanı Rusiya, Qazaxıstan, Türkmənistan, Ukrayna, Ermənistan, Gürcüstan, Belarus, Litva, Latviya, Qırğızıstan, Tacikistan, Abxaziya, Estoniya və Özbəkistanda olub.

O, ilk dəfə həyata keçirilən bu layihəyə 12 il əvvəl velosipedi ilə Londondan Sankt-Peterburq şəhərinə gedəndə başlayıb.

Fotoqraf bildirib ki, bu dayanacaqların qorunması lazımdır: "Sovet dövründəki gərgin sənət müxtəlifliyini göstərən bu dayanacaqların hər birinin bənzərsiz bir ruhu var və dövrün yaradıcılığı barədə fikir sahibi olmağımızı təmin edir".

Şərhlər

Çox oxunanlar