Ayın ən yaddaqalan "İnstagram" toyları - Fotolar
12.06.2015 16:55 Maraqlı 3337
Son iki həftə moda, mədəniyyət, incəsənət dünyasından olan bir çox tanınmışların nikah mərasimləri ilə yadda qalıb. Reaksiya.Az Buro247.Az-a istinadən, ən dəbli 5 toyun icmalını təqdim edir.
Sabina Qanem və Cozef Qetti
Sabine G zərgərlik brendinin təsisçisi olan Sabina Qanem və milyarder Cozef Qetti əsl kralsayağı toy ediblər. Gəlinin əynində xüsusi olaraq onun üçün hazırlanmış Schiaparelli geyimi və həcmli naxışı olan keyp olub. Sabinanın rəfiqəsi Şarlotta Dellal onun üçün xüsusi ayaqqabılar hazırlayıb. Qızların partisi italyan qəsrində keçirilib, bütün qonaqlar və gəlin Sofia Koppolanın interpretasiyasında Maria-Antuanetta stilində geyiniblər. Dəvət olunanların siyahısı da kralsayağı olub - toyda York şahzadəsi Beatris, eləcə də Monako knyazının qardaşı oğlu Pyer Kaziraqi ilə nişanlısı Beatriçe Borromeo iştirak ediblər. Toydan olan şəkillərə #joebine heşteqi üzrə baxa bilərsiniz.
Natalya Zaxarova və Murad Osmann
Ötən həftəsonu fotoqraf Murad Osmann və #followmeto Instagram layihəsinin əsas qəhrəmanı Natalya Zaxarova nikaha daxil oldular. Onlar öz münasibətlərini Moskvadan 25 km aralıda yerləşən Zhavoronki Event Hall-da rəsmiləşdirdilər. Tədbirin tərtibatı ilə dekorator Lida Simonova məşğul olub. O, məkanı nağıllardakı qəsrə çevirib. Natalyanın gəlinlik seçimi isə dəbdəbəli Vera Wang geyimidir.
Frida Qustavsson və Yalmar Rexlin
Top-model Frida Qustavsson və fotoqraf Yalmar Rexlinin toyu jurnal çəkilişlərinə bənzəyir. Canlı güllərlə sadə saç düzümü, Valentino Haute Couture geyimi, minimum makiyaj və dikdaban ayaqqabıların yerinə baletkalar - gəlini hamıdan fərqləndirib. Toy mərasimi yaxtada baş tutub.
Qalina Yudaşkina və Pyotr Maksakov
Rusiya mətbuatında bu mərasimi "əsrin toyu" adlandırıblar. Rusiyanın ən çox arzulanan gəlinlərindən biri və məşhur kutyurye Valentin Yudaşkinin qızı Qalina Rusiyanın xalq artisti Lyudmila Maksakovanın nəvəsi Pyotr Maksakov ilə ailə qurdu. Mərasim Moskvadakı "Qostinıy dvor"da keçirilib, qonaqların arasında isə Nikolay Baskov, Svetlana Bondarçuk, müğənni Valeriya da daxil olmaqla, Rusiya şou-biznesinin əsas nümayəndələri iştirak edib. Gözlənildiyi kimi Valentin Yudaşkin Qalinanın toy geyimini şəxsən özü tikib. 40 metrlik ağ ipəkdən olan gəlinlik 34100 mirvari ilə bəzədilib, Qalinanın ayağında isə üzərincə 293370 ədəd gümüş qaş olan Jimmy Choo səndəlləri olub. Yeri gəlmişkən, nikah mərasimində bütün qonaqlar Valentin Yudashkin obrazlarına üstünlük veriblər.
Frida Cannini və Patritsio di Marko
Ötən ilin sonunda bütün moda ictimaiyyəti Gucci-nin kreativ direktoru olan Frida Cannini və markanın baş direktoru olan Patritsio di Markonun istefa xəbərinə təəccüblənmişdi. Ötən həftə sonunda cütlük öz münasibətlərini rəsmiləşdirməklə, yenə də diqqət mərkəzində oldular. Cannininin əynində Mariya Qratsiya Kyuri və Pyerpaolo Piççolinin müəllifi olduğu Valentino Haute Couture libası olub. Dizaynerlər Fridanın qızı Qreta üçün də geyim tikiblər...
Şərhlər