Beynindəki qurd həkimləri dəhşətə gətirdi

19.09.2015 12:38     Maraqlı     5030

Dəhşətli baş ağrılarından əziyyət çəkən Yadira Rostro həkimə müraciət etməyə məcbur olur. Kabus kimi günlər yaşayan Rostronun baş ağrılarının səbəblərini aşkarlayan həkimlər dəhşətə gəlirlər.

Həkimlər şiddətli baş ağrıları yaşayan qadının beynində böyüyən bir tenya (qurd) sürfəsi tapırlar. Beyin cərrahı doktor Riçard Meyrat Yadiranın beynində içində qurd olan yumurtaya bənzər şişin olduğunu deyir.

Beynindeki kurt doktorları dehşete düşürdü! 4.resim

Yadira Rostroda şiddətli baş ağrıları 9 ay əvvəl başlamışdı. O, ağrılara dözə bilmədiyindən müalicə almağa qərar verir.

31 yaşlı qadın ehtimal edir ki, bu xəstəliyə o, 2 il əvvəl Meksikada yoluxub. Meksikada virusa yoluxmuş ərzaqlar çox olduğundan bir çox insan bu viruslara yoluxur. Ancaq bir neçə gün içində də virusun fəsadlarından xilas olurlar. Təəssüf ki, Yadira üçün bu vəziyyət heç də asan olmayıb, sürfə beyninə yerləşib, orada böyüməyə davam edib.

Beynində qurd sürfəsi olduğu təyin olunan qadın əməliyyata götürülür.

Yadira Rostro indi tamamilə sağalmağını gözləyir. Amma yəqin ki, cərrahiyyə prosesinin video görüntüsünü heç bir zaman izləmək istəməyəcək.

Şərhlər

Çox oxunanlar