Saçlarınız hansı səbəbdən tökülür?
19.09.2015 16:55 Maraqlı 2796
Elmi araşdırmalar zamanı sübut olunub ki, saç ürəkdən qidalanır. Daxilən sən sağlamlansansa, saçların da sağlam olacaq.
Reaksiya.az xəbər verir ki, saç tökülməsi iki amildən yaranır. Burda xarici və daxili amillər var.
Xarici amillərə saçların yuyulması, daranması, mexaniki zədələr, şampunlardan istifadə, nəmli yatmaq və digər amillər daxildir. Yəni, saça ehtiyacı olan düzgün qulluq göstərilmədik tökülmə ilə nəticələnir.
Stress amili, o cümlədən ətraf mühit və ekologiya, qida, sosial həyat da saç tökülməsinə səbəb olur.
Daxili amil isə xəstəlikdir. Hər hansı xəstəlik ilk növbədə özünü saçda göstərir. Ağır, xüsusən də, infeksion xəstəliklərdən (skarlatina, qrip və s.), zəhərlənmələrdən, psixi travmalardan, ağır həyəcanlardan, uzunmüddətli yorğunluqlardan sonra da saçların tökülməsi sürətlənə bilər.
Qan dövranının pozulması, hormonal problemlər, qan azlığı, xərçəng xəstəlikləri və bir sıra daxili orqanlardan qaynaqlanan xəstəliklərin hamısı saç tökülməsinə gətirib çıxarır.
Kişilərin təxminən 25 faizində 30 yaşdan sonra andogenetik saç tökülməsi müşahidə olunur. Ancaq son zamanlar bu yaş həddi daha da azalmağa başlayıb.
Müalicə ilə saçların 100 faizini qaytarmaq mümkün olmur. Bu halda, biz sadəcə saç tökülməsini dayandırır, daha pis vəziyyətə düşməsinin qarşısını alır və az da olsa tük əmələ gətiririk.
Şərhlər