Eyfel qülləsi bağlandı
21.09.2015 01:36 Maraqlı 2104
Bazar günü səhər saatlarında Parijdə Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb. Bu barədə Trend xəbər verir.
Qeyd olunur ki, buna səbəb qeyri-qanuni keçidə cəhd göstərilməsi olub. Qüllənin nə vaxt ziyarət açılacağı barədə məlumat verilmir.
Eyfel qülləsi - Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir.
Şərhlər