Davudoğlunun əli havada qaldı - VİDEO

22.09.2015 17:31     Maraqlı     2643

Merve Kavakçının bacısı Ravza Kavakçı namizədlərin təqdimat toplantısında Əhməd Davudoğlunun əlini sıxmayıb.

Reaksiya.az xəbər verir ki, AKP-nin Ankaradakı deputat namizədlərini tanıtmaq konfransında maraqlı bir hadisə baş verib.

Baş nazir Əhməd Davudoğlu deputat namizədlərini səhnəyə çağırıb tanıdarkən hamıya tək-tək əl verib.

Ancaq partiyanın İstanbul millət vəkili olan və 1 noyabrdakı seçki üçün yenidən namizəd göstərilən Merve Kavakçının bacısı Ravza Kavakçı Kan baş nazir Davudoğlunun əlini sıxmayıb.

Davudoğlunun əli havada qalarkən Havza Kavakçı Kan isə əlini sinəsinə qoyaraq salam verib.

Şərhlər