Demet Akalın məşhur müğənnini evindən qovdu

23.09.2015 11:53     Maraqlı     2327

Demet Akalın-Okan Kurt cütünün dünən gecə evlərində verdiyi piknik şən başlasa da sonda gərgin bitib.

Reaksiya.az xəbər verir ki, partiyə Merve Boluğur-Murat Dalkılıç, müğənni Berkay və sevgilisi Özlem Katipoğlu, Binnaz Avcı, Esra Balamir, Erdem Kınay ilə Hasan Yenilmez qatılıb.

"EVİMİ DƏRHAL TƏRK ET!”

Şənlikdə Berkay ilə Binnaz Avcı mübahisə edib. Berkayın Avcıya dediyi "Yanındakı qadınlarla məşhur oldun" sözləri ev sahibi Kurtun xoşuna gəlməyib.

Bu zaman Demet Akalın "Evimi dərhal tərk et”" deyərək Berkayı evindən qovub.

Şərhlər