Hamı ona nifrət edir
24.09.2015 06:19 Maraqlı 2178
Hazırda ən çox AİDS xəstələri tərəfindən istifadə edilən və 63 ildir satışda olan “Daraprim” adlı dərmanın Amerikada satış haqlarını alan şəxs qiymətini yüzdə 5 min dəfə artırıb.
Reaksiya.az musavat.com-a istinadən xəbər verir ki, “Turing” əczaçılıq adlı şirkətin 32 yaşlı müdiri Martin Şkreli bir anda dünyanın ən nifrət etdiyi adama çevrilib.
Parazitlərin səbəb olduğu toxoplasmosis xəstəliyinin müalicəsində istifadə edilən dərmanın qiyməti 13,50 dollardan 750 dollara qalxıb. Biznesmenlərin xeyri üçün bu addımı atdığını deyən M.Şkreli dərman qiymətlərinin xəstələr tərəfindən deyil, sığorta şirkətlər tərəfindən ödənildiyini də bildirib.
Dərman şirkətinin sahibi olan şəxs hər kəsin nifrətini qazansa da dərmanlardan gələn gəlirlə daha güclü bir dərman hazırlayacağını ifadə edib.
AİDS xəstələrini təmsil edən dərnəklər və amerikalı siyasətçilər biznesmenin yalan söylədiyini dilə gətiriblər.
Şərhlər