Musleradan 50 qəpiklik bayram xərcliyi

24.09.2015 14:25     Maraqlı     2349

Türkiyə futbol klubu Qalatasarayın Uruqvaylı qapıçısı Fernando Muslera sevgilisi Patricia Calleroyla birlikdə Türkiyənin Nişantaşı bölgəsində olub.

Reaksiya.az xəbər verir ki, Muslero maşınına minərkən müxbirlərlə bayramlaşıb, türkcə "Xoş bayramlar, özünüzə diqqət edin" - deyərək onları təbrik edib.

Məşhur qapıçı yanına gələn küçə uşaqları ilə də bayramlaşıb. O, maşının ətrafını bürüyən uşaqlara 1 TL bayram xərcliyi verib. 

Şərhlər