33 ildən sonra bu gecə - Ay "Qanlı ay" oldu

28.09.2015 10:55     Maraqlı     2470

Nadir hadisələrdən olan həm bütöv ayın olması, həm də ay tutulması 33 ildən sonra bu gecə baş verib.

Reaksiya.az xəbər verir ki, ay dünən Şimali və Cənubi Amerikada, bu səhər isə Avropa, Afrika və Orta Asiyanın müəyyən regionlarında izlənilib.

Bu hadisə son dəfə 1982-ci ildə müşahidə olunub və 2033-cü ilə qədər belə səma hadisəsinə şahid olmağımız mümkün olmayacaq.

Qeyd edək ki, günəş şüaları ayı qızılı rəngə boyadığına görə aya “Qızılı ay” ya da “Qanlı ay” adı verilib.

Şərhlər