Bu şəhər "Avtomobilsiz şəhər" elan edildi
28.09.2015 11:58 Maraqlı 2357
Parisdə 2 ay sonra keçiriləcək COP21 Dünya İqlim Konfransı ərəfəsində ətraf mühitə qarşı həssas olduqlarını nümayiş etdirmək məqsədilə maraqlı addım atılıb.
Reaksiya.az xəbər verir ki, Parisdə 1 gün “avtomobilsiz şəhər” günü elan olunub.
Parisin meri Ana Hidalgo ilk “avtomobilsiz gün” tətbiqini Champs-Elysées küçəsində başladıb.
Parislilər hava şəraitinin də əlverişli olduğuna görə bu aksiyaya böyük maraq göstərib.
Qeyd edək ki, ancaq taksilər, avtobuslar və təcili yardım maşınları yola çıxıb.
Şərhlər