Marsda su tapılıb

29.09.2015 04:54     Maraqlı     2413

Marsda axar su və duz kütləsi aşkar edilib. Bu barədə NASA-nın tədqiqatçıları “Nature Geosciences” jurnalında məlumat veriblər.

Reaksiya.az Azərtaca istinadla xəbər verir ki, MRO (Mars Reconnaissance Orbiter) peykindən əldə olunan görüntülərin təhlili Marsda maye halında kütlənin kanyonlar arasından axaraq nazik izlər buraxdığını və bu prosesin əsasən yay mövsümündə müşahidə olunduğunu aşkar ediblər. Suyun buxarlanması nəticəsində duz kütlələrinin izlərinə rast gəlinməsi bu planetdə həyat əlaməti olan rütubətliliyin mövcudluğuna dəlalət edir.

NASA-nın mütəxəssisləri daha öncə Marsın quru planet olduğuna dair fikirlərin öz təsdiqini tapmadığını vurğulayıblar.

Şərhlər

Çox oxunanlar