Ronaldonun ailə sirlərini indi hamı biləcək - VİDEO

29.09.2015 10:45     Maraqlı     2460

Dünyanın ən yaxşı futbolçularından biri hesab olunan Kristiano Ronaldonun haqqında sənədli film çəkilib.

Reaksiya.az xəbər verir ki, ilk fraqmenti yayımlanan film noyabrın 9-da nümayiş olunacaq.

Dünya şöhrətli portuqaliyalı ulduz futbolçunun uşaqlıqdan bu günə qədərki karyerasından bəhs olunan filmin çəkilişləri 14 ay davam edib.

Filmdə, həmçinin Ronaldonun ailə sirlərinə də yer verilib.

Şərhlər