Hindistan 4-cü ölkə oldu
29.09.2015 12:06 Maraqlı 2473
Hindistan ilk kosmik rəsədxananı və 6 peyki daşıyan gəmini kosmosa göndərib.
Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Hindistanın Kosmos və Araşdırma Təşkilatı olan "Astrosat" adlı rəsədxana yayıb.
"Astrosat" 5 il ərzində kosmosun dərinliklərindəki ulduz sistemlərini araşdıracaq. Rəsədxana əldə etdiyi məlumatları Asiyanın “Silikon Vadisi” kimi tanınan Bangalore şəhərindəki nəzarət mərkəzinə göndərəcək.
Hindistan kosmos araşdırmaları üçün hər il 1 milyard dollarlıq büdcə ayırır.
Qeyd edək ki, Hindistan ABŞ, AB və Rusiyadan sonra Marsa peyk göndərən dördüncü ölkədir.
Hindistanın "Mangalyaan" adlı peyki 2014-cü ilin sentyabrın 24-də Marsın orbitinə daxil olub.
Şərhlər