Obama danışdı, Kerri əsnədi

29.09.2015 14:54     Maraqlı     2254

ABŞ prezidenti Barak Obamanın BMT Baş Assambleyasının Ümumi Görüşlərində çıxışı zamanı maraqlı hadisə baş verib.

Reaksiya.az xəbər verir ki,  ABŞ-ın Dövlət katibi Con Kerrinin Obamanı dinləyən zaman əsnəməsi kameralara yansıyıb.

Son günlərdə BMT toplantılarına qatılmaq üçün Nyu-Yorkda gələn müxtəlif ölkələrin xarici işlər nazirləri ilə sıx danışıqlarını davam etdirən Kerrinin ağır iş rejiminə tab gətirmədiyi məlum olub.

Şərhlər