Soğan qabığının möcüzəsi
30.09.2015 11:18 Maraqlı 3407
Təcrübələrlə sübut olunub ki, hər gün soğan qabığıinı çay əvəzinə dəmləyib bir müddət içdikdə, ayaqlarda olan qıcolmalar tam keçib gedir, meningitdən sonra yaranmış gündəlik baş ağrıları 90 % azalır, ayaq altında və baldırlardakı qırmızı-göy rəngli qançırlar tamamilə yox olur.
Sükan arxasında gündə 10-11 saat vaxt keçirən sürücülərin gözləri gərginlikdən qıpqırmızı qızaranda, görmə itiliyi kəskin zəifləyəndə “soğan çayı” içmək məsləhətdir.
Soğan qabığının dəmləməsi ilə saçları yuduqda saçda heç zaman kəpək olmaz, boyamağa ehtiyac qalmaq, saçlar gur və sağlam görünər. Dəmləmə çox sadə üsulla hazırlanır, bir ovuc soğan qabığının üzərinə bir stəkan su töküb 5-10 dəqiqə qaynadır və ilıq temperatura qədər soyuduruq.
Şorbanı (supu) bişirərkən soğanı qabıqlı işlətdikdə şorba nəinki iştahgətirici olur, eləcə soğan qabığının hesabına daha da faydalı olur.
Qara və ya yaşıl çayı dəmləyərkən çaynikin işərisinə bir çimdik soğan və ya sarımsaq qabığı əlavə etmək çox xeyirlidir. İçərisinə bir dilim limon qatıldıqda, bu çaydan soğan (sarımsaq) iyi də gəlmir.
Hipertoniklər hər gün soğan qabığından çay içsələr, öz sağlamlıqlarını xeyli bərpa etmiş olarlar.
Soğan qabığında ürək fəaliyyətini canlandıran, immuniteti artıran, bəlğəmgətirici, işlədici, sidikqovucu, ödqovucu, spazmolitik, antiseptik, şiş əleyhinə və digər xassələrə malik maddələr də vardır.
Soğan qabığı dəmləməsinin daha bir möcüzəvi xüsusiyyəti, orqanizmdə artıq miqdarda olan natriumun və xlorun xaric edilməsinə köməkliyidir.
Xalq təbabəti əsrlərlə soğan qabığından təmizləyici vasitə kimi istifadə edir. Gecələr ayaqlarında baş verən əziyyətverici qıcolmalardan soğan qabığının dəmləməsini içməklə birdəfəlik xilas olmaq olar. Bunun üçün 1 stəkan qaynar suya bir çimdik soğan qabığı töküb 10 dəqiqə dəmləmək, sonra qabığı çıxarıb, qızılı rəng almış dəmləməni gecə yatmazdan qabaq içmək lazımdır. Elə həmin gecədən etibarən qicolmalar sizi tərk edəcək.
Şərhlər