Məryəm Uzerli Tarkana vurulub - “Ən böyük xəyalım odur” - VİDEO

30.09.2015 12:09     Maraqlı     2257

Türkiyənin məşhur aktrisası Məryəm Uzerli  "Ən böyük xəyalım Tarkanla tanış olmaqdır" sözlərini deyib.

Reaksiya.az xəbər verir ki, Məryəm Uzerli Instyle jurnalına müsahibə verib:

"Həyatda üç böyük xəyalım var. İlk arzum Tarkanla tanış olmaqdır. İkincisi “Walt Disney” multiplikasiya filmində itkin balıq Nemo kimi bir obrazı səsləndirmək, sonuncu isə özümə aid olan brendimi bazarda reklam etməkdir”.

Instyle jurnalının üz qabığında yer alan aktrisanın bu xəyalına Tarkanın cavabı özünü çox gözlətməyib.

Posta qəzetinin məşhur müğənniyə verdiyi "Məryəmi klipində oynatmağı düşünürsünüzmü?” sualına Tarkan belə cavab verib:  "Niyə də olmasın. Bir-birimizə yaraşırıq. Məryəmin bu istəyini sevə-sevə qəbul edirəm".

Şərhlər