Yaponiyanın baş naziri Putinlə görüşə qaça-qaça gəldi - VİDEO
30.09.2015 17:35 Maraqlı 2416
Yaponiyanın baş naziri Şinzo Abenin Rusiya lideri Putinlə görüşməsinə qaça-qaça gəlməsi sosial mediada böyük marağa səbəb olub.
Reaksiya.az xəbər verir ki, Rusiya Prezidenti Putin ilə BMT-nin toplantısına gecikən Yaponiya baş naziri Şinzo Abe görüşə qaçaraq gedib. O an kameralara belə əks olunub.
Bu olay sosial medianın ən çox danışılanları siyahısına daxil olub.
İki lider görüşdə Kuril adaları ilə bağlı imzalanması nəzərdə tutulan sülh sazişi üçün müzakirələri davam etmək qərarını veriblər.
İstifadəçilər Abenin ABŞ Prezidenti Barak Obama və Çin dövlətinin başçısı Şi Çinpinglə görüşməyi rədd etməsinə də diqqət çəkib.
Qeyd edək ki, Rusiya və Yaponiya Kuril adaları ilə bağlı 2-ci Dünya Müharibəsinin sona çatmasından bəri rəsmi bir sülh sazişi imzalamayıb.
Şərhlər