Hər kəsin arzusunda olduğu 8 müdir

01.10.2015 07:22     Maraqlı     2341

Müdirlər heç də həmişə qaraqabaq və işçilərini düşünməyən olmur. Sizə bunu sübut etmək üçün işçilərinə inanılmaz hədiyyələr və jestlər edən bir neçə müdirdən danışacağıq.

1. Öz maaşından imtina edən rəhbər: Dan Price

ABŞ, Seattle’da Gravity adlı bir texnologiya şirkətinin qurucusu və rəhbəri olan Dan Price İnsan Qaynaqları Şöbəsindən gələn ‘işçilərin xoşbəxt olmaması’ hesabatları ucbatından bütün dünyanın haqqında danışacağı bir qərar aldı: Öz maaşını az qala sıfıra endirib, şirkətdəki hər kəsə yüzdə 400’ə qədər maaş artımı etdi. Price’ın bu radikal qərarıyla şirkətdəki ən az maaş olan illik 18 min dollar, 70 min dollara qədər çıxdı. 

2. “İndi ofisi tərk edib, dərhal tətilə çıxın!” Bart Lorant

FullContact şirkətinin CEO’su Bart Lorant hər kəsi tətilə çıxmağa məcbur edir və bunun üçün işçilərinə hər il maaşdan əlavə 7 min 500 dollar ödəyir. Amma iki şərti var: Birincisi bu tətil həqiqətən də tətil olacaq və işçilər yaxşı tətil keçirdiklərini sübut edəcəklər. İkincisi də iki həftə boyunca tək bir mailə də cavab verməyəcəklər və şirkətdən heç kimlə əlaqə qurmayacaqlar. Lorant bir müsahibəsində bunları deyir: “Bunu işçilərimin xoşbəxtliyi üçün yox, işimin uğuru üçün edirəm və nəticələrini də görürəm.”

3. “Lazım olmadığı müddətcə ofisə getmək qadağandır!” Richard Branson

Hər şeyi başlayan əslində Netflix`dir… Rəqəmsal yayımın lider firması bütün siyasətini ‘ofissizlik’ ve ‘iclassızlıq’ üzərində qurub. Ardından media dünyasının başqa bir divi Virgin Group’un CEO’su Richard Branson işçilərinə ofisə gəlməyi qadağa etdi. Təcili situasiya olmadığı təqdirdə iclaslar keçirilmədiyi bir sistem qurdu. Hal-hazırda Virgin Group’un yüzdə 80’i ‘evdən’ işləyir.

4. 60 400 işçisi ilə Fransaya uçdu: Li Junyan

Tiens Group Company’nin sahibi məşhur Çinli milyarder Li Jinyuan şirkətinin 60 400 əməkdaşı ilə birlikdə eyni vaxtda Fransaya tətilə çıxmışdır. Məşhur iş adamının bu comərd hərəkətinin səbəbi isə şirkətinin qurulmasının 20-ci ildönümü idi. Jinyuan’ın 60 400 şəxsi Fransa və Monaco’ya aparmasının xərci isə təxminən 15 milyon dollar idi. 

5. 1700 əməkdaşıyla gəmiyə minib getdi: Oprah Winfrey

Digər bir tətil həvəskarı müdir isə bütün dünyada məşhur televiziya işçisi Oprah Winfrey`dir. Şirkətinin deyil, özünün 55 yaşı olması münasibətilə 15 günlük bir Aralıq dənizi səyahəti təşkil etdi və 1700 işçisini də yanında apardı. Bu gəzintinin xərci isə 1 işçiyə görə 7 min dollar idi.

6. “Təhsil xərclərini mən ödəyirəm.” Chieh Huang

Boxed adlı oyun şirkətinin CEO’su Chieh Huang işçilərin ən çox ‘uşaqlarının gələcəkləri’ mövzusunda narahat olduqlarını müşahidə etdi və bir gün 122 işçisinə heç gözləmədikləri bir açıqlama etdi: “Neçə uşağınızın olması və xərclərin nə qədər olacağının heç bir əhəmiyyəti yoxdur, bütün universitet haqlarını mən ödəyəcəyəm.” Huang bu hərəkətiylə “2015’in Ən Yaxşı Müdiri” seçilmişdir.

7. “100 milyon dolları bölüşdürün” Wiley Cerilli

Single Platform adlı start-up’ın qurucusu və CEO’su Wiley Cerilli şirkətini sıfırdan qurub, 100 milyon dollara satıb. Özü heç nə götürmədən, davamlılıq və işləmə dövrlərinə uyğun olaraq əməkdaşlarına payladı. Ən böyük mükafat 1 milyon, ən kiçiyi isə 10 min dollardan az deyildi.

8. “Məndən hər kəsə ev, maşın, almaz!” Diwali

Almaz şirkəti Diwali bütün almaz işçilərinə çəkilişlə və hər kəsə bir hədiyyə düşəcək şəkildə 570 maşın, 200 ev ve 300-dən artıq almazdan hazırlanmış bəzək əşyası hədiyyə etmişdi.

 

 

 

Şərhlər

Çox oxunanlar