Elm adamları onları araşdırır - Hunza Türkləri - FOTOLAR
02.10.2015 12:30 Maraqlı 3984
Hunza Türkləri Hun Türklərinin törəmələridir. Pakistan və Hindistan sərhədində yaşayan bu insanların çox maraqlı bir xüsusiyyəti var.
Reaksiya.az xəbər verir ki, tamamilə müsəlman olan Hunza Türkləri orta hesabla 110-120 il yaşayır. Burada 65 yaş yolun yarısı sayılır.
Qadınlar 65-70 yaş arasında ana olur. 100 yaşında ölənlərə “gənc öldü” deyilir.
Hunza Türklərinin çox maraqlı bir tərəfi də burada heç xərçəng xəstəliyinin baş verməməsidir.
Bu Türklər xərçəngə tutulmadıqları kimi tez-tez rast gəlinən digər xəstəliklərə də tutulmurlar.
Elm adamlarının diqqətini çəkən bu ömür müddəti onların araşdırılmasına rəvac verib.
Bunun səbəbi dənizdən 6 min metr hündürlükdə çox yüksək oksigeni olan bir bölgədə yaşamaqdır, buz kimi təmiz su içib, öz əkib becərdiklərini yeməkdir.
Hunza Türklərinin ət və ədviyyatlı yeməkləri çox məşhurdur. Onlar yalnız öz istehsal etdikləri tərəvəz və meyvələri istehlak edirlər.
Şərhlər