Kadırov Nemtsovun qızını qonaq çağırdı

02.10.2015 15:53     Maraqlı     2239

Çeçenistan respublikasının lideri Ramzan Kadırov qətlə yetirilən rusiyalı müxalifətçi Boris Nemtsovun qızını qonaq çağırıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “Rusiya xəbərlər xidməti” yayıb.

“Qoy o, atasının qatilini öz ətrafında axtarsın, məni günahlandırmasın. Mənimlə bu mövzuda görüşmək istəyirsə, qonaq çağırıram, gəlsin, bir yerdə çay içərik. Həm də ona atasının ölümü ilə bağlı başsağlığı verərəm. Mənim də atamı öldürüblər. Neyləyək, həyat belədir”, - deyə Kadırov vurğulayıb.

Ramzan Kadırov dindirilməyə hazır olduğunu da qeyd edib: “Əgər İstintaq Komitəsi tələb etsə, izahat verərəm. Ancaq yenə də təkrar edirəm ki, çeçenlərin “Şimal” batalyonunun komandir müavini Zaur Dadayevin Nemtsovun qətli ilə bağlı heç bir əlaqəsi yoxdur”. 

Şərhlər

Çox oxunanlar