Ebru Gündeşin boşanma xəbərinə cavab gəldi

03.10.2015 13:11     Maraqlı     2356

Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrabdan boşanmaq istədiyi iddia edilmişdi.

Reaksiya.az xəbər verir ki, bu xəbərlərlərdən sonra Ebru Gündeşə yaxın olan bir nəfər cütlüyün evliliklərində bir problem olmadığını, müğənninin konsertlərə çox zaman adi təyyarə reyslərilə getdiyini söyləyib.

İddiaya görə, guya Ebru Gündeşin yüksək xərclərindən narahat olan Rza Zərrab ona bu məsələdə tez-tez xəbərdarlıq edib. Gündeş də Zərraba sərt cavab verib.

Daha əvvəl İranlı həyat yoldaşının şəxsi təyyarəsindən istifadə edən Gündeşin konsertlərə adi sərnişin təyyarələri ilə getməyə başlaması boşanma iddialarını alovlandırmışdı.

Şərhlər

Çox oxunanlar