Birinci xanımların virtual aləmdəki populyarlıq yarışı
03.10.2015 14:09 Maraqlı 3709
Bu yaxınlarda Kraliça Ranianın twitter səhifəsi olduğunu oxumuşdum. Düşünün ki, o boyda İordaniya kraliçası kompüterin arxasında oturub “Twitter”də retweetlərlə maraqlanır. Bax, dünya artıq belə bir yerdir.
Bu gün bütün məşhurlar bir brenddir və hamısının marketinq materiallarını ən yaxşı şəkildə istifadə etmələri, ən son trendləri təqib etmələri vacibdir. Bəs dünyanın birinci xanımları sosial şəbəkələrdən necə istifadə edirlər?
Bu da nəticələr:
Əsma Əsəd
Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd (Asma al Assad) də “Facebook”un ən sevilən birinci xanımlarındandır. Üç böyük fan qrupu var. Ən azının 1125 üzvü, ən böyüyünün isə 29302 pərəstişkarı var. “Twitter”dən isə hələ də istifadə etmir.
Mişel Obama
Bütün birinci xanımlar bir tərəfə Mişel Obama bir tərəfə. Heç bir birinci xanım Amerikanın ilk zənci prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama kimi çox sevilib dəstəklənmir. Mişel Obamanın bəzisi 952 min 555 üzvlü, bəzisi 476 min 896 heyranı olan yüzlərlə fan səhifəsi var. “Twitter”də isə 10-dan çox Mişel Obama var. Ən çox izləyicisi olan səhifənin 37 mindən çox təqibçisi var.
Kraliça Raniya
Gözəlliyi və zərifliyi ilə hamını özünə heyran qoyan İordaniya Kraliçası Ranianın “facebook”da 17 böyük fan qrupu var. Bəzisində 158 min 347 nəfər var, bəzisində isə 7 min 189. Amma Kraliça Ranianın əsl təsirli olduğu sosial media vasitəsi “Twitter”dir. Öz tweetlərini yazan kraliçanın düz 1 milyon 251 min 372 təqibçisi var.
Kristina Fernandez de Kirçner
O, hər nə qədər artıq bir liderin həyat yoldaşı kimi yox, öz liderliyi ilə gündəmdə olsa da, Argentinanın dövlət başçısı Kristina Kirçnerin də birinci xanımlar arasında da saya bilərik. Nə də olsa, özü eyni zamanda keçmiş prezident Nestor Kirçnerin də həyat yoldaşıdır. Bu məşhur liderin onlarla fan qrupu var. Bəzisində 15 min 260, bəzisində isə 1166 pərəstişkarı var. “Twitter”ə gəldikdə isə, bir neçə hesabla qarşılaşsaq da heç biri rəsmi deyil. Buna baxmayaraq, hamısınında yüzlərlə təqibçisi var.
Əminə Ərdoğan
Hazırki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Erdoğanın isə “Facebook” təkcə bir qrupu var. Bu grubunsa ancaq 587 üzv mövcuddur...
“Twitter”də isə yoxdur.
Karla Bruni Sarkozi
Fransa prezidenti Nikola Sarkozinin həyat yoldaşı Karla Bruni təkcə şəxsi həyatı ilə yox, heyranlarının sayına görə də tez – tez gündəmə gəlir. Təkcə “facebook”da belə 200-dən çox qrupu var. Ən məşhur səhifəsində isə 28 min 314 pərəstişkarı var. “Twitter”dəki Bruni hesabı isə gerçək olmasa da, 2 min 500 təqibçisi var.
Şərhlər