Kaliforniyada buna icazə verildi

06.10.2015 06:17     Maraqlı     2103

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun evtanaziyaya icazə verən qanun imzalayıb. "Ölüm hüququ" adlanan sənəd əvvəlcə Kaliforniya Parlamentinin Senatı və Aşağı Palatası tərəfindən təsdiq olunub.

Reaksiya.az repot-a istinadən xəbər verir ki, Kaliforniya ABŞ-ın ərazisində evtanaziyaya icazə verilən sayca beşinci ştatı olub.

Sənədə əsasən, həkim ömrünə ən çoxu yarım il qalmış xəstənin üç dəfə müvafiq müraciətindən sonra ona, ölümlə nəticələnən güclü təsiredici tibbi vasitə yazmaq hüququna malikdir.

Qanun beş il ərzində qüvvədə olacaq, daha sonra onun təkrar nəzərdən keçirilməsi lazım gələcək.

Şərhlər

Çox oxunanlar