Tutankamonun məzarında iki gizli otaq tapıldı - VİDEO
06.10.2015 17:13 Maraqlı 2532
Misirin Qədim Əsərlər naziri Mamdouh Eldamaty İngilis arxeoloq Nikolas Reeveslə birlikdə apardığı tədqiqat nəticəsində Tutankamonun məzarının həm şimal, həm də qərb divarının arxasında gizli otaqlar tapdığını açıqlayıb.
Reaksiya.az xəbər verir ki, Eldamaty şimal və qərb divarlarda, 1922-ci ildə Tutankamonun məzarının giriş qapısında olanlara bənzər zolaqlar və izlər olduğunu deyib. Eldamaty “Ahram Online”a verdiyi bəyanatda "Bu, Tutankamonun məzarının qərb və şimal divarlarının arxasında iki gizli məzar otağı olduğunu göstərir" sözlərini deyib.
Reeves keçdiyimiz aylarda Kraliça Nefertitinin illərdir tapılmayan məzarının Tutankamonun məzarının içində gizli olduğu nəzəriyyəsini ortaya atmışdı. Araşdırmalar Reevesin haqlı olduğunu göstərir. Reeves araşdırmalara görə, məzarın tavanının şimal və qərb divarlarının arxasına doğru uzandığını söyləyib. Reeves gizli qəbir otaqları haqqındakı nəzəriyyəsinin doğru olduğundan artıq demək olar ki, əmindir:
"Divarların ilkin araşdırmasından sonra, radar cihazının gələcəyinə dair izin çıxmadan edə biləcəyimiz bir şey yoxdur. Radarla bu tapıntıları təsdiq edə bilərik".
Eldamaty Tutankamonun məzarının kəşf edildiyi 4 noyabrda iki divarın nəticələrinin açıqlanacağına söz verib.
Reeves Tutankamonun məzarının şimal divarındakı portretində, Tutankamunun kraliça Nefertiti üçün bir ölüm ritualı həyata keçirərkən işi yerinə yetirdiyini düşünür. Mütəxəssislər arasında geniş yayılmış fikir isə divar portretində Kral Ayın Tutankamon üçün eyni ritualı həyata keçirməsidir. Ay və Tutankamonun qəbirlərində divar rəsmlərinin araşdırması Reevesin nəzəriyyəsini sınayacaq.
Avqust ayında Reeves Tutankamonun məzarının arxasında gizli dəhlizlər olduğunu demişdi. Onun fikrincə, bu gizli dəhlizlər iki otağa açılır və bu otaqlardan birində Kraliça Nefertitinin qalıqları yerləşir. Nefertiti Tutankamonun atası olan monoteist Misir Kralı Akhenatenin arvadı olub.
Şərhlər