Çayın daha bir sirri ortaya çıxdı

07.10.2015 11:01     Maraqlı     3396

Çay, xüsusilə də yanında növbənöv şirinilər, mürəbbələr, noğullar olan çay süfrələri millətimizə xas ənənələrdəndir. Evimizin ən dəyərli qonağını dəbdəbəli çay süfrəsi ilə qarşılayırıq, yorğunluğumuzu bir fincan dişləmə çayla atırıq. Qəmli günümüzdə də, şad günümüzdə çay dadımıza yetişir.

Çaydan, həmçinin ağrılarımızı azaltmaq üçün də istifadə edirik. Həzm prosesi düzgün getmədikdə, mədə ağrısında, dəri quruluğunda və öskürəydə də çayın yaxşı təsir etdiyini çoxumuz bilirik.

Çayın tərkibi diş məcunu kimi çoxlu sayda floroitdən ibarətdir. Çaydakı tanik turşular diş qoruyucu təsiri çoxaldır, dişlərin üzərində qoruyucu bir təbəqə yaradaraq diş daşı prosesinin əmələ gəlməsinə mane olur. Gözlərə maska kimi istifadə edilərsə qan yığılması və ağırlaşmış göz qapaqlarına yaxşı təsir edər. Dəmlənmiş çay suyunu evinizdə taxta əşyaları təmizləmək üçün istifadə edə bilərsiniz. Tünd rəngli mebellərə tətbiq olunduqda çaydakı komponentlər köhnə səthlərə yeni bir parlaqlıq gətirir.

Amma Yapon alimlərinin apardığı təcrübələr çayla bağlı çox maraqlı bir faktı ortaya çıxarıb. Təcrübə aparan alimlərin açıqlamasında qeyd olunur ki, qara çayın tərkibindəki  antioksidantlar, xüsusilə də yaşlı insanlarda görülən sümük zəifləməsinin qarşısını alır. Osteoporoz adlanan və yaşlı insanlarda rast gəlinən sümük yeyilməsi və zəifləməsi kimi bilinən xəstəliyə qarşı qara çay içməyin çox faydalı olduğu söylənilib.

Osaka Universitetində Keizo Nishikawanın rəhbərliyi ilə həyata keçirilən tədqiqatda qara çayın tərkibində theaflavin-3 deyilən bir antioksidant maddənin mövcud olduğu öyrənilib. Həmin maddənin sümük toxumasına zərər verən metiltransferas adlı fermenti məhv etdiyi və sümük toxumalarını gücləndirdiyi müəyyən edilib.

 

 

 

 

Şərhlər

Çox oxunanlar