Putinin doğum gününü keçirəcəyi yer bəlli oldu

07.10.2015 15:01     Maraqlı     2263

Bu gün Rusiya prezidenti Vladimir Putinin 63 yaşı tamam olur.

Reaksiya.az xəbər verir ki, Putin doğum gününü buz meydançasında keçirəcək.

Bu barədə məlumatı prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov verib.

Peskov bildirib ki, Putin ad günü şərəfinə Soçidə Dağ Olimpiya Parkında köhnə dostları olan məşhur xokkeyçilərlə xokkey oynayacaq.

“İzvestiya” qəzeti Putini buz meydançasında Moskva qubernatoru Andrey Vorobyev, Tataristan prezidenti Rüstem Minnihanov, Rusiyanın müdafiə naziri Sergey Şoygu və iş adamları Arkadi və Boris Rotenberg izləyəcək. Oyundan sonra isə onlar doğum günü hədiyyələrini prezidentə təqdim edəcəklər.  

Rusiyanın baş nazir Dmitri Medvedev zəng edərək Putini təbrik edib və ən qısa müddətdə də üzbəüz təbrik edəcəyini bildirib.

Qeyd edək ki, Putin bu günə qədər doğum günlərində icazə haqqından istifadə etməyib.

Ancaq prezident keçən ilki doğum günündə Sibirdəki tayga meşələrinə gedərək 9 oktyabr dünya qaçış günü münasibətilə Bədən Tərbiyəsi və İdmanın inkişaf etdirilməsi ilə bağlı toplantılara qatılıb, daha sonra isə "9 km yeridim, hər yerim ağrıyır" sözlərini demişdi.

Şərhlər