Baş nazir meyvə-tərəvəz satdı

08.10.2015 05:17     Maraqlı     2313

Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbul küçələrini gəzintiyə çıxıb.

Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazirin gəzintisi Eyyub Sultan məscidində namaz qılmaqla başlayıb. Sonra baş nazir məsciddən çıxarkən insanlara simit paylayıb. 

Gəzintinin ən maraqlı məqamı isə Fatih Qadınlar Bazarında yaşanıb. Bazara gələn baş nazir ticarətçilərlə söhbət edib. Hətta o, piştaxta arxasına keçib, önlük geyərək alıcılara meyvə-tərəvəz satıb. 

Şərhlər

Çox oxunanlar