"Google.com" domenini 12 dollara aldı və mükafatlandırıldı

09.10.2015 14:16     Maraqlı     2548

“Google” şirkətinin keçmiş əməkdaşı Sanmay Ved sentyabrın 29-da təsadüfən “Google.com” domenini 1 dəqiqəliyə 12 dollara almağa nail olmuşdu. Hadisədən 1 dəqiqə sonra isə “Google” anlaşılmazlığı həll edib.

Reaksiya.az xəbər verir ki, şirkət əvvəlcə Sanmay Vedə mükafatlandırmayacağını desə də, sonradan fikrindən daşınıb.

Ved aldığı mükafatın məbləğini açıqlamadan Hindistandakı xeyriyyə qurumuna bağışlayıb.

Qeyd edək ki, eyni vəziyyət 2003-cü ildə “Microsoft”un da başına gəlib. "Hotmail.co.uk" ünvanının domain yenilənməsini unudan şirkət daha sonra ünvanı satın alan şəxsdən geri alıb.

Şərhlər