Bu gün Sevil Əliyevanın doğum günüdür - VİDEO

12.10.2015 10:17     Maraqlı     5634

Bu gün ümummilli lider Heydər Əliyevin və tibb elmində yeniliyə imza atmış oftolmoloq Zərifə Əliyevanın qızı, prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın doğum günüdür.

İctimai xadim, şərqşünas, bəstəkar Sevil Əliyeva 1955-ci il oktyabr ayının 12-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1961-1971-ci illərdə orta təhsillə yanaşı musiqi təhsilinə də yiyələnib. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində, 1977-1980-cı illərdə isə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. 1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi olub. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı kimi fəaliyyət göstərib. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirməyə başlayıb.

O, bir çox məhşur mahnıların müəllifidir. Dinləyicilər tərəfindən sevilən “Ana” mahnısı bir çox məşhur ifaçının repertuarında yer alıb.

Sevil Əliyeva “Sevil” Qadınlar Məclisinin sədri, “SOS” Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, Space Televiziyasının qurucusudur. Uzun illərdir övladları - bir qızı, iki oğlu - ilə birgə Londonda yaşayır.

Şərhlər