“iPhone” həvəskarlarının çılğınlıqları
12.10.2015 16:41 Maraqlı 2544
“Apple” şirkəti hər yeni “iPhone” təqdimatından sonra telefon həvəskarları özlərini itirir.
Reaksiya.az “iPhone” həvəskarlarının etdiyi çılğınlıqları sizə təqdim edir:
Çində yaşayan cütlük “iPhone” və ayaqqabı almaq üçün bir neçə il fasilə ilə üç uşağını satıb. Valideynlər sonradan həbs olunub və həbsxanaya göndərilib.
Yenə Çində yaşayan gənc 2011-ci ildə ildə “iPhone” və “iPad” almaq üçün böyrəyini satıb. Hadisənin ortaya çıxmasının ardından əməliyyatı aparan cərrah da daxil olmaqla 5 nəfər qəsdən adam yaralamaq cinayətilə ittiham olunub.
İngiltərədə yaşayan gənc isə fırtınalı havada yerə düşən “iPhone”nu xilas etməyə çalışarkən su kanalına düşüb. Gənci yanğınsöndürmə briqadaları xilas edib.
Səudiyyə Ərəbistanında yaşayan şəxs bacısının nişanlısında başlıq pulu kimi özü üçün “iPhone 6” istəyib.
Özünü iş adamı kimi tanıdan şəxs “iPhone 5”in satışa çıxacağı gün növbədə evsizlərə pul təklif edərək növbə saxlayıb. Lakin sözünü tutmayaraq onları aldadıb.
Kaliforniyada yaşayan gənc qız “iPhone”nu oğurlayan şəxsin dalıycan qaçarkən magistral yolda qəzaya düşüb və həyatını itirib.
“iPhone 5s” satışa çıxdığı gün beşinci sırada növbədə gözləyən qadın üçüncü sıraya keçmək üçün 2 min dollar dəyərindəki çantasını verməyi təklif edib.
New-York polisi “Alma Toplayıcıları” adını daşıyan və 2013-cü ildə təxminən 3 milyon amerikalının “iPhone” telefonunu oğurlayan dəstə tutub.
“iPhone 6” satışa çıxdığı gün dünya miqyasında bir çox “Apple Store” mağazasının qarşısında davalar çıxdığı bildirilib.
Kaliforniyada xidmət edən polis şefi 2012-ci ildə oğlunun itmiş “iPhone”nu tapmaq üçün 10 polis məmurunu tapşırıq verdiyinə görə tənqidlərə məruz qalıb. Qeyd edək ki, telefon hələ tapılmayıb.
“iPhone 6” satışa çıxmadan həftələr öncə Nyu-Yorkun 5-ci küçəsində “Apple Store” mağazasının qarşısında çadırlar qurulub və 22 gün gözləyiblər.
Şərhlər