Səudiyyə Ərəbistanında son 6 ayda 100 nəfər edam edilib

16.06.2015 13:09     Maraqlı     2105

Edamın ən çox tətbiq olunduğu üç ölkədən biri olan Səudiyyə Ərəbistanı bu sahədə öz “rekordunu təzələyib”. Ölkədə təkcə son 6 ayda 100 nəfər edam edilib.

Ölkəyə qadağan olunan dərmanlar gətirdiyi ittihamı ilə ölüm cəzasına məhkum edilən və dünən edam edilən Suriyalı İsmail əl Tevm bu il edam edilən 100 – cü şəxs olub. Keçən il cəmi 87 nəfərin edam edilməsini düşündüyümüz zaman, ölkənin edam sürəti insan hüquqları təşkilatlarının daha çox diqqətini çəkməyə başlayıb.

Beynəlxalq İnsan Hüquqları Təşkilatı verilən edam cəzalarının səbəblərinin qlobal normalara uyğun gəlmədiyini müdafiə edib: "Cəzaların yarısından çoxu narkotiklə əlaqəli cinayətlərə görə verilib. Beynəlxalq sferada bunlar edam tələb ağır cəza kateqoriyasına daxil deyil".

Səudiyyə Ərəbistanının rekordu isə tam 192 edamla 1995 – ci ilə aiddir.

Şərhlər