“İndi başını divara vurur” - Aktrisa ilk sevgisindən danışdı
13.10.2015 14:59 Maraqlı 2572
Bu il 6-cı dəfədir ki, keçirilən “Forum Fashion week”in tədbirində Burcu Esmersoy və Yasemin Şefik fanatları ilə görüşüb.
Reaksiya.az xəbər verir ki, görüşdə Esmersoy bir çox sualları cavablandırıb.
Hansı layihələrdə yer alıb-almaması soruşulan Burcu Esmersoy “Prodüserə səslənirəm, “Kösem Sultan”da oynayıram, eşitsinlər səsimi" sözlərini deyib.
"Bəyəndiyiniz oyunçular kimdir və kiminlə kino filmində rol almaq istərdiniz?” sualına isə aktrisa belə cavab verib:
"Murad Bozla yan-yana olarkən çox yaxşı bir enerjim olur. Onunla bir kino filmində yer alardım. Həmçinin aktyor kimi Kerem Bursini bəyənirəm. Allah sahibinə bağışlasın”.
Dikdaban ayaqqabılarına olan düşkünlüyü ilə tanınan məşhur aktrisa bu haqda fikirlərini belə bölüşüb:
“Ayaqqabıları çox sevirəm. Neçə cüt olduğu sualına cavab vermirəm, amma gələcəkdə satmaq istəsəm, sülaləyə kifayət edər”.
Esmersoy “Bu günə qədər rədd edildinizmi?” sualını isə belə cavablandırıb: "Gənc qız olanda bir dostuma vuruldum və ona məktub yazdım. Ancaq məktubuma cavab vermədi. Yəqin ki, indi başını divarlara vurur”.
Şərhlər