Şimali Koreya “Viaqra” istehsal edib
16.06.2015 15:13 Maraqlı 2960
Şimali Koreyanın biznes jurnalı “Foreign State” (Xarici Dövlət) son sayında ölkədəki firmaların xaricə ixrac etmək istədiyi məhsullara yer verib. Reklamı edilən məhsullardan ən maraqlısı isə bir tərəfdən cinsi istəyi artıran, bir tərəfdən də yuxu gətirən Şimali Koreya istehsalı Viagra olub.
Dövlət inhisarındakı “Xarici dövlət” jurnalında zehni inkişaf etdirən, cinsi gücü artıran amma yuxuya getməyi də asanlaşdıran dərmanları xarici ölkələr üçün nümayiş etdirib. Jurnalın yazdığına görə, görünüşü baş rolunu Bradley Cooperin oynadığı “Limitsiz” filmində dərmanları
xatırladan bu dərmanlar hormon inkişafını sürətləndirib gələcəkdə ortaya çıxa biləcək iqtidarsızlıq probleminin qarşısını alır.
Bundan başqa jurnalda reklamı edilən digər yerli malların siyahısı da verilib: Xəz, müxtəlif çaylar, corablar, plasmas borular və qanı təmizləyən ləl-cəvahiratlar bu qəbuldən olan məhsullardır.
Şərhlər