Sutka ərzində 10 zəlzələ baş verib
15.10.2015 07:01 Maraqlı 1919
Rusiyanın Saxalin vilayətində, Kuril adaları yaxınlığında son sutka ərzində 10 zəlzələ qeydə alınıb.
Reaksiya.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, yeraltı təkanların ən güclüsü 5,6 bal gücündə, Severo Kurilsk şəhərindən 200 km cənub-qərbdə, 45 km dərinlikdə qeydə alınıb.
Eyni bölgədə bir-birinin ardınca daha 8 zəlzələ olub. Bundan əlavə, İturup adasında 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Yerli FHN-nin məlumatına əsasən, sunami təhlükəsi yoxdur.
Şərhlər