2 dollarlıq əsər 5 milyona satılır
16.10.2015 05:30 Maraqlı 2056
Məşhur döyüşçülərdən olan Billy the Kidin ikinci rəsminin milyonlarla dollara satılacağı güman edilir. Reaksiya.az-ın xəbərinə görə gerçək adı Henry Mckarty olan Billy the Kidin oyun oynayarkən çəkilən rəsmi hərraca çıxarılıb.
Rəsm Kid dostları ilə birgə 1878-ci ildə bağçada oyun oynayarkən çəkilib. Sözügedən məşhur şəkli kolleksiyaçı Randy Guijarri Kaliforniyadakı bir adamdan 5 il əvvəl 2 dollara alıb. Hərracda satılacaq şəklin 5 milyon dollara satılacağı təxmin edilir. Billy the Kidin ilk rəsmi də 2,3 milyon dollara satılmışdı. Kid 22 yaşında 2 nəfəri öldürdükdən sonra həbsdən qaçarkən vurularaq öldürülüb. Ölümündən 130 il keçməsinə baxmayaraq Billy the Kid silahdan ustalıqla istifadə etməyi ilə tanınır.
Şərhlər