"Kainatı Allah yaratmayıb" - Kanadalı fiziklər - VİDEO

16.10.2015 15:50     Maraqlı     3861

“Yaşadığımız kainat Allahın köməyi olmadan yaradılıb”.

Reaksiya.az xəbər verir ki, bu fikir bir qrup fizika alimləri tərəfindən səsləndirilib.

Kainatın necə yaradılması bütün dinlərin əsas mövzularından biri olub. Bu fikir ta kainatın yaradılışından bəri filosofları və alimləri daim düşündürüb. Ancaq bir qrup Kanada fizikləri bu sirri tapdıqlarını elan ediblər.

Onların fikrincə, bütün dinlərin əsasını təşkil edən “Bu kainatı Allah yaradıb” ideyası kökündən yanlışdır.

Alimlərə çoxdan məlumdur ki, virtual mikroskopik hissəciklər heç nədən yaranır və qısa zaman kəsiyində yox olur.

Kanadanın Vaterloo Universitetinin fizika və astronomiya şöbəsinin doktoru Mir Fayzalın başçılığı ilə sübut olunub ki, Kainat hissəciklər nəzəriyyəsi vasitəsilə yaradılıb.

Bu haqda Express nəşri məlumat yayıb.  

“Virtual hissəciklərin tərkibində ömrü çıx qısa olan az miqdarda enerji var.  Məhz bu hissəciklərin timsalında kainatların yaranmasını izah etmək olar", - deyə Fayzal bildirib.

Alim bu iki hipoteza əsasında öz nəzəriyyəsini işləyib hazırlayıb və belə qənaətə gəlib ki, kiçik həcmlərdə mövcud olan sonsuz məkan və zaman öz mövcudluqlarını itirdikdən sonra böyük həcmli enerji yaradılıb. Bu da məhz kainatın yaradılmasından sonra baş verib.

Fayzal öz həmkarları ilə əldə etdiyi nəticəni "İnflyasiya nəzəriyyəsi" adlandırıb. Bu nəticəyə görə, kiçik enerjisi olan virtual hissəciklər heç vaxt yoxa çıxmır və nəticədə 13,8 milyard il öncə kainat yaranıb.

Alimin sözlərinə görə, bu işdə çətin heç nə yoxdur.

"Bəs Kainat heç nədən necə yarana bilər?” sualının isə sadə bir cavabı var: “Əslində bizim Kainat indiyədək bu "heç nə”dən ibarətdir”.

"Kainatın heç bir mütləq ölçüsü yoxdur”, - deyə fizik bildirib. O, əlavə edib ki, Kainatın mənfi qravitasiya enerjisi və materiyası əsasən balanslaşdırılıb, bu enerjilərin cəmi sıfıra bərabərdir.

“Kainatın yaradılmasında Allah hansı rolu oynayıb?” sualına alim belə cavab verib: “Allah fiziki qanunları pozan xarici fövqəltəbii qüvvə kimi qətiyyən lazım deyil. Onun virtual hissəciklərin yaranmasında da heç bir rolu olmayıb”.

"Əgər siz hesab edirsiniz ki, Allah böyük riyaziyyatçıdır. Ola bilər”, - deyə Fayzal əlavə edib.

Professor hesab edir ki, Kainatda olan enerji eyni səviyyədə tarazlaşdırılıb və mütləq “heç nə”dən ibarətdir. Ya bütün enerjilərin cəmi sıfıra bərabərdir, ya da onu  virtual hissəciklərin sonsuz sayda artırılması kimi başa düşmək olar.

Həmçinin İsveçrədə Nüvə tədqiqatları üzrə Avropa təşkilatının (CERN) Böyük adron kollayderində çalışan professor Mir vurğulayıb ki, "heç nə" ilə yalnız enerjinin və fizika qanunlarının olmaması nəzərdə tutulur:

“Mənim üçün fizika məkan və zamanın sırf riyazi nəzəriyyəyə yaxınlaşmasıdır. Orada isə bütün strukturlar riyazi ölçülərə görə bölünür. Kvant mexanikasının qanunlarına görə qısa müddət ərzində heç nədən az miqdarda enerji yaradılır. Heç nədən yaranan belə virtual hissəciklərin mövcudluğu eksperiment vasitəsilə sübut edilib. Kiçik ölçülü mikroskopik hissəciklərdən bizim kainat böyüklüyündə bir obyekt almaq üçün inflyasiya nəzəriyyəsi lazımdır. Heç nədən yaranan az miqdarda enerji genişlənməyə məruz qalır. Bu isə kainatın yaranmasına gətirib çıxarır, necə ki biz bu gün onu görürük. Bu zaman bütün enerjilərin cəmi və ya kainatın mütləq enerjisi onun yaranması üçün sıfıra bərabərdir”.

Alimin sözlərinə görə, kainatın yaranması üçün böyük ölçüdə enerji lazımdır və Böyük Partlayışdan dərhal sonra o, sönməyə doğru gedəcək.

Fayzal əvvəllər mövcud olmuş Eynşteyn və Nyuton nəzəriyyələrini də qətiyyən təkzib etmir.

Professor Mir bildirib: "Bu, o deməkdir ki, əgər siz kiçik bir ağac parçasını yarı bölsəniz, bu prosesi sonsuzluğa qədər seyr edə bilməzsiniz. Gec-tez siz ağac parçasının bölünmüş hissəsini görəcəksiniz, hansı ki, o, bir neçə saniyə öncə bütöv halda bir məkanı tuturdu, indisə o məkanın yarısı boş qalıb. Əlinizdə tutduğunuz ağac parçasının uzunluğunun alimlər üçün artıq heç bir əhəmiyyəti yoxdur və ona etinasız yanaşırlar. Ancaq unutmaq olmaz ki, söhbət Kainatın yaranmasından gedir".

Şərhlər

Çox oxunanlar