Prezidentdən xalqa qəribə çağırış - Dua edin

17.10.2015 07:44     Maraqlı     2184

Zambiyanın prezidenti Edqar Lunqu milli valyutanın xilası naminə xalqı dua etməyə çağırıb.

Reaksiya.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bununla əlaqədar ölkəni bütün kilsələrində oktyabrın 18-də ibadətlər keçiriləcək.

"Hökumətin vəziyyəti dəyişmək istiqamətində atdığı addımlar uğur gətirmədi, yanacağın qiymətinin artması isə durumu daha da çətinləşdirəcək. Biz ilahi müdaxiləyə möhtacıq”, deyə paytaxt Lusaka şəhərindəki kilsənin yepiskopu bildirib.

Zambiyada milli valyutanın zəifləməsi iqtisadi problemlərlə əlaqədardır. Bu ölkə Afrikanın sayca ikinci mis ixracçısıdır.  2015-ci ildə misin qiyməti 20% ucuzlaşıb. İstehsalçılar mədənlərin bağlanması və minlərlə işçinin ixtisarını nəzərdən keçirir.  

Şərhlər

Çox oxunanlar