İngiliscə 2000 sözü başa düşən qorillaya - Sürpriz
17.10.2015 17:45 Maraqlı 2357
Məşhur Koko adlı qorillaya 44 yaşı münasibətilə süpriz edilib.
Reaksiya.az xəbər verir ki, Kokoya 2 bala pişik hədiyyə verilib.
Qorulla ingiliscə işarə dilini bilir və o, 1984-cü ildə ilk dəfə bir pişiyə baxmaq istədiyini bildirib.
“All Ball” adlı pişiyi övladlığa götürüb və pişik öldüyündə Koko ağlayaraq işarət diliylə “yat pişik” deyib.
Qeyd edək ki, Koko hazırda Kaliforniya ştatında yerləşən Qorilla Fondunda təlimçi Francine Patterson ilə birlikdə yaşayır.
Pattersonın verdiyi məlumata görə, Koko ingiliscə 2000 sözü başa düşə bilir və mindən çox sözlə təlimçi ilə ünsiyyət qurur.
Şərhlər