Uşaqları öpməyin

17.06.2015 13:13     Maraqlı     2595

Yeni anadan olan körpələri ağız və ağız ətrafından öpmək yoluxucu xəstəliklərə gətirib çıxarır. Xalq arasında “öpüş xəstəliyi “olaraq bilinən Ebstein Barr virusu (EBV) uşaqlara bu şəkildə keçir. Öpüş xəstəliyi qızdırma, membranlı faringit, limfa toxumalarında, dalaqda və qaraciyər böyüməsi kimi narahatlıqlara səbəb ola bilir. Antalya Manavgat Dövlət Xəstəxanası baş həkimi və Uşaq Xəstəlikləri Mütəxəssisi Dr. Mehmet Kuru öpüş xəstəliyinin uşaqlara keçməsinin qarşısını almaq üçün “bu körpə necə şirindir ” deyərək öpmək istəyənlərin qarşısında durmağın vacib olduğunu deyir. Həkim xəstəliyin keçməsində ən əhəmiyyətli faktorun tüpürcək olduğunu söyləyir: “Dəfələrlə bu sözü eşitmisiniz - “öpməyə doya bilmədim, çox şirin uşaqdır”. Halbuki uşaqları, sevgidən də olsa dayanmadan öpmək heç də doğru deyi. Yad adamların uşağımızı öpməsinə icazə vermək isə böyük bir səhvdir. Gözəl bir körpə görən kimi, küçədə ya da hər hansı bir məkanda yanına gedib, yanağından öpürük. Bu hərəkətlə tüpürcəkdə olan və son illərdə körpələri və kiçik uşaqları da zərərli vəziyyətə atan "öpüş xəstəliyinə" yoluxdura bilərik".

Həkim xəstəliyin qızdırma, membranlı faringit, limfa toxumalarında, dalaqda və qaraciyər böyüməsinə səbəb ola biləcəyini qeyd edir: "Uşaqları ağız və ağız ətrafından öpməyin. Ana və atalar yaxınlığı nə olursa olsun, uşaqlarını qucağına alıb öpməyə çalışan hər kəsi də xəbərdar etməlidir. Xəstəlik birdən və ya yavaş olaraq qızdırma, baş ağrısı, titrəmə, iştahsızlıq və halsızlıqla başlayıb, limfa toxumalarında şişmə, şiddətli boğaz ağrısı ilə davam edə bilər. Ancaq bu xəstəlikdəki əlamatlər özünü tez də göstərə bilər. Virus, körpələrdə atəşi 39-40 dərəcəyə qədər yüksəldə bilər".

Şərhlər