12 saniyəyə bank yardı
20.10.2015 01:26 Maraqlı 2085
Banqkokda avstraliyalı gənc maska və oyuncaq tapançadan istifadə etməkdə 12 saniyəyə bank yarıb. O qarət nəticəsində əldə etdiyi pula evə qayıtmaq üçün bilet almaq istəyib.
Reaksiya.az xəbər verir ki, bu barədə "The Huffington Post" nəşri yazıb.
Qarətçi kredit müəssisəsinə daxil olaraq əlindəki tapançanı ətrafdakılara tuşlayıb. Xəzinədar təşviş içində ona təqribən 5 min ABŞ dolları verib. Pulu alan avstraliyalı bankı tərk edib.
Lakin o uzağa qaça bilməyib və Post Patrul Xidməti əməkdaşları tərəfindən yaxalanıb. Qarətçi 23 yaşlı Avstraliya vətəndaşı olub. O Tailanda bir ay əvvəl gəldiyini və çətin maliyyə vəziyyətinə düşdüyündən evə qayıtmaq üçün qarətə əl atmalı olduğunu bildirib.
Yerli hakimiyyət orqanları bu barədə Avstraliya səfirliyini məlumatlandırıblar. İndi qarətçini on ilədək həbs cəzası gözləyir.
Şərhlər