İtaliyada qeyri-adi rekord qırılıb

20.10.2015 02:39     Maraqlı     2107

İtaliyada qəribə rekorda imza atılıb. Rekordu çörəkbişirənlər qırıblar. Onlar iştahaçıcı bir metodla 122 metr uzunluğunda Baget çörək bişiriblər.

Reaksiya.az “Sputnik”a istinadən xəbər verir ki, Milanda təşkil edilən sərgidə çörəkçilər ən uzun Baget çörəyi bişirmək üçün bir-biriləri ilə yarışıb.

Dünyanın ən uzun çörəyini ərsəyə gətirmək üçün 7 fransız və 20 italyan çörəkçi təxminən 7 saat çalışıblar.

Nəhəng çörək Guiness rekordlar kitabının nümayəndələri tərəfindən qiymətləndirilib. Daha sonra hazırlanan çörək qonaqlara paylanıb.

Bir çox tarixçi fransız çörəyi olan Bagetin inqilabdan sonra Napoleon Bonapart tərəfindən icad edildiyini iddia edir.

Şərhlər

Çox oxunanlar