1000 illik heykəlin içindən insan çıxdı

21.10.2015 10:40     Maraqlı     3468

Hollandiyadakı Drents Muzeyi mütəxəssisləri muzeydəki Buda heykəlini Meander Tibb Mərkəzinə göndərərək tomoqrafiyasını çəkdiriblər.

Tomoqrafik müayinə zamanı Buda heykəlinin içində  Buddist bir rahibə aid olduğu güman edilən mumyalanmış bədən çıxıb. Asiyadakı Buddist rahiblərin arasında özünü mumiyalamaya tez-tez rast gəlinir.

Aparılan DNT testlərinin sonra heykəlin içindəki mumiyanın min il əvvələ aid olduğu müəyyən edilib. Heykəlin və içindəki mumiyanın interaktiv tomoqrafiyası may ayına qədər Macarıstandakı Milli Tarix Muzeyində nümayiş ediləcək.

Az əvvəl Monqolustanda tapılmış 200 ildir mumiya da buna bir nümunə idi. Monqolustanda tapılmış  bir keşişin oturaq vəziyyətdə 200 il əvvəl mumyalanmış bədəni dünyanı heyrətləndirmişdi. 

Yeni iddiaya görə 200 il əvvəl mumyalanmış həmin keşişin bədən hələ də canlıdır. Bu iddia monqolustanlı Buddist alimlərdən gəlib. Tibb mütəxəssisləri tərəfindən hələ də araşdırılan mumiyanın "tukdam" deyilən xüsusi bir ruhi mərhələdə olduğunun təxmin ediblər. Tukdam deyilən ruhi mərhələ mumiyanın ölmədiyinə və gerçək bir Buda olmaqdan bir addım uzaqda olduğu mənasına gəlir. Tibb mütəxəssisləri mumyalanmış bədənin tibetli bir Buddist müəllimə aid olduğunu düşünür. Paytaxt Ulanbator mütəxəssislər isə mumyanın müəllim olan Lama Dashi Dorzho Itigilova aid olduğunu ehtimal ediblər. Dashi-Dorzho Itigilov 1852-ci ildə anadan olmuş buryat Buddistdir. Mütəxəssislər qalıqların makroskobik çörümeye məruz qalmadığını da aşkar ediblər.

Elm adamları 500 il əvvəl öldürülərək Argentina ərazisindəki bir vulkanın zirvəsinə basdırılan İnka mumiyasının ölümünə aid sirr pərdəsini də açmağı bacarıblar.

500 yaşlı bu İnkalı qız öldürülərkən 13 yaşında olub. İnkalı qızdan götürülən saç nümunələrini araşdıran elm adamları qətlin dəhşətli üzünü də aşkara çıxarıblar. Aparılan testlərdə qızın ağır bir şəkildə keyləşdirərək donması üçün Andes Dağına atıldığı ortaya çıxıb. “Buz qardaş” olaraq bilinən İnkalı qız iki qardaşıyla birlikdə 1999-cu ildə Argentinada Andes Dağında tapılmışdı. Aradan 500 il keçməsinə baxmayaraq  dünən ölmüş kimi görünən və heç bir orqanı, hətta üzərindəki geyimlər belə çürüməyən qız İnka qəbiləsindən olub.

Qızla birlikdə 7 və 6 yaşlı başqa iki uşaq daha tapılmışdı. 1999-cu ildə tapılan bu inanılmaz mumiya üzərində illərdir araşdırmalar aparılır. Qızın ağciyərində vərəmə bənzəyən ağciyər infeksiyalarına rast gəlinib. İlk dəfə bir mumiyayada infeksiya olduğu aşkar edilib. DNT sınaqlarında da bütün hüceyrələrinin möhkəm olduğu müəyyənləşdirilib. 3 balaca uşağın yanında olan qızıl, gümüş, geyimlər, yeməklər və məlum olmayan bir ağ quş tükləri uşaqların öldürülmə ehtimalını artırır.

Şərhlər

Çox oxunanlar