Yoxsul ölkələr üçün ucuz mikroskop ixtira olunub

22.10.2015 03:18     Maraqlı     1934

Yoxsul ölkələrin istifadə edə biləcəyi ucuz mikroskop ixtira olunub.

Reaksiya.az reporta istinadən xəbər verir ki, ixtira amerikalı elm adamları tərəfindən edilib.

Müəllif Tomaz Tkazik bildirib ki, əsas məqsəd dolanışıq səviyyəsi aşağı olan regionlarda xəstəliklərin diaqnozu üçün böyük əhəmiyyətə malik testlərin daha ucuz başa gəlməsini təmin etməkdir: "Həkimlər yalnız mikroskopun köməkliyi ilə xəstənin hüceyrələrinə baxaraq mühüm tibbi biliklərə nail olurlar. Misal olaraq, bu gün gündəmdə ağ qan hüceyrələrinin səbəb olduğu sümük iliyi çatışmazlığı və İİV infeksiyasıdır. Ona görə də həkimlər qanda olan hüceyrələri araşdıraraq xərçəng xəstəliyini daha asan təsbit edə bilərlər".

Genetik tədqiqatların çox bahalı olduğuna diqqət çəkən alim, bu cür laboratoriyaların olmadığı yoxsul rayonlarda mikroskopun xəstəliklərin diaqnostikasında həkimlərin əhəmiyyətli dərəcədə köməyinə gələcəyini vurğulayıb.

Şərhlər

Çox oxunanlar